• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İsrail Rəfahı hələ də bombalayır: 16 ölü

DÜNYA

28 May 2024 | 16:02

İsrail Rəfahı hələ də bombalayır: 16 ölü

İsrail Qəzzanın Rəfah şəhərini yenidən hava hücumları və tank atəşi ilə vurub.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fələstin Mülki Müdafiəsi və Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat verib.

Məlumata görə, Rəfah şəhərinin Təl Əl-Sultan bölgəsi hələ də İsrail tərəfindən güclü bombardmanlara məruz qalır. Ötən gecə Tel əl-Sultan ətrafında baş verən zərbələr nəticəsində ümumilikdə 16 nəfər həlak olub. 

Qeyd edək ki, bir neç gün öncə İsrail ordusunun Qəzzanın cənubunda, Rəfahda BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi nəticəsində 45 fələstinli ölüb. Hazırda yüzlərlə insan yanıq və qəlpə yaralarından müalicə olunur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024