• Bakı 14° C

    9.01 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

İsrail təhlükəsizlik tədbirlərini gücləndirdi

DÜNYA

01 Aprel 2024 | 23:24 | Müəllif: Subhan Mahmudov

İsrail təhlükəsizlik tədbirlərini gücləndirdi

İslam İnqilabı Keşikçiləri Korpusu generalı Məhəmməd Rza Zahedi və onun müavini general Məhəmməd Hadi Hacı Rəhiminin İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumu nəticəsində öldürülməsindən sonra İsrailin bütün dünyadakı səfirliklərində və diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri gücləndirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İsrailin xaricdəki səfirliklərindəki diplomatlara verilən göstərişlərdə “Sizdən ayıq-sayıq olmağınızı və gündəlik hərəkətlərə xüsusi diqqət yetirməklə ətrafınızda baş verənlərə daha çox diqqət yetirməyinizi xahiş edirik” deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026