İsrail ixrac qadağasından sonra Türkiyəni qisasla hədələyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Kats bildirib.
“Türkiyə İsrailə ixracı məhdudlaşdırmaq qərarı ilə ticarət müqavilələrini “birtərəfli qaydada pozub” və İsrail Türkiyədən gələn məhsullara öz ticarət məhdudiyyətləri ilə cavab verəcək”.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS"ı dəstəkləmək üçün yenidən Türkiyə xalqının iqtisadi maraqlarını qurban verdiyini və onların da buna bənzər cavab verəcəyini söyləyib.
Mina Mikayılova
















