• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İsraildə bu icma əsgərlikdən imtina edir 

DÜNYA

11 Mart 2024 | 17:01

İsraildə bu icma əsgərlikdən imtina edir

Oktyabrın 7-dən bəri davam edən Qəzza hücumları İsraildə haredim yəhudiləri arasındakı böhranı daha da qabardıb.

Bakıvaxtı.az xəbər verir ki, indi hərbi xidmətdən imtina edən haredimlər ölkəni tərk etməklə hədələyirlər.

İsrail Müdafiə naziri Yoav Gallant məsələni yenidən gündəmə gətirərək, detyib ki, hərbi xidmən haredimlərin də milli borcudur.

“Hərbi xidmətin yükünü daşımaq onların milli borcdur. Bu yükü cəmiyyətin bütün təbəqələri daşımalıdır. Hərbi işə götürmə praktikasında konsensusa gəlməliyik və ultra-pravoslav insanları da işə götürməliyik”.

Nazirlər Kabinetinin üzvü Benny Gantz da məsələyə münasibət bidirib.

O, öz sosial media hesabında İsrail cəmiyyətinin bütün təbəqələrinin hərbi xidmətdə iştirak etməsi lazım olduğunu, bunun təhlükəsizliklə bağlı, milli və sosial ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, İsraildə haredim yəhudilərinin məcburi hərbi xidmətə getməsi ilə bağlı müzakirələr uzun illərdir ki, davam edir. Qanunvericilik və icra orqanlarının qərarlarını bəyənməyən haredimlər küçələrdə böyük nümayişlər təşkil edirlər.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR