1 iyundan etibarən İsraildə koronavirusla bağlı bütün məhdudiyyətlər demək olar ki, ləğv ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, koronavirusa aşağı yoluxma səbəbindən belə qərar verilib.
“İsrail adi həyata qayıdır”, - deyə İsrailin səhiyyə naziri Yuli Edelşteyn bildirib.
















