• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

İsraildən Livana "peycer hücumu": 5 ölü, 2100 yaralı - YENİLƏNİB - VİDEO

DÜNYA

17 Sentyabr 2024 | 19:55

İsraildən Livana peycer hücumu: 5 ölü, 2100 yaralı - YENİLƏNİB - VİDEO

Livanda peycer partlayıb, yüzlərlə insan yaralanıb.

Bakıvaxtı.az bildirir ki,  Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərin İsrail tərəfindən həyata keçirilən kiberhücumla eyni vaxtda partladıldığı iddia edilir.

İsrail kəşfiyyat orqanları tarixdə ən misli görünməmiş hücumda Hizbullah üzvlərinə məxsus 1200 rabitə cihazını uzaqdan partladıb.

İDF hansısa yolla Hizbullah üzvlərinin cihazlarına uzaqdan giriş əldə edə bilib, onların həddindən artıq qızmasına və partlamasına səbəb olub.
Rabitə cihazlarının partladılması nəticəsində yaralananların sayı azı 1,5 minə çatıb.

Bu barədə "Skay Nyus Arabia" məlumat yayıb.

Partlayışlar nəticəsində 5 nəfər ölüb.

İranın Livandakı səfiri İsrailin haker hücumundan sonra "Motorola" markalı peycerin (rabitə cihazı) partlaması nəticəsində yaralanıb.

İsrail kəşfiyyat orqanları tarixdə ən misli görünməmiş hücumda Hizbullah üzvlərinə məxsus 1200 rabitə cihazını uzaqdan partladıb.

İDF hansısa yolla Hizbullah üzvlərinin cihazlarına uzaqdan giriş əldə edə bilib, onların həddindən artıq qızmasına və partlamasına səbəb olub.

Livan Səhiyyə Nazirliyi: İsrailin peycer hücumu zamanı 8 nəfər ölüb, 200-ü ağır olmaqla, 2800-dən çox insan yaralanıb. 

İsrailin peycer hücumu zamanı yaralananların sayı 2800-ə çatıb. Onlardan 200 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024