• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLAR

GÜNDƏM

03 Mart 2021 | 15:38

İsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLAR

“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, 4 gün ərzində israilli həkimlər 130 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 25-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər. “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


İsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLARİsrailli həkimlər 130 qazini müayinə ediblər - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026