• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İstanbul nəhəngi Andrade üçün danışıqlara başladı

İDMAN

07 Iyun 2024 | 09:34

İstanbul nəhəngi Andrade üçün danışıqlara başladı

"Qarabağ"ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirə bilər.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Portuqaliyanın məşhur "A Bola" nəşri məlumat yayıb.

"Beşiktaş"ın 24 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. "Qara qartallar"ın Azərbaycan klubu ilə danışıqlarının davam etdiyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, Kabo Verdedən olan oyunçunun "köhlən atlar"la müqavilə müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

O, ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026