• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İstanbulda 1500 illik yeraltı keçid tapılıb

DÜNYA

10 Aprel 2023 | 19:38 | Müəllif: Subhan Mahmudov

İstanbulda 1500 illik yeraltı keçid tapılıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Polyeuktos kilsəsinin qalıqları içərisində apardığı qazıntılar nəticəsində 1500 illik tarixə malik yeraltı keçid aşkar edilib.

Bakıvaxtı.az-ın TurkicWorld-a istinadən məlumatına görə, Saraçhane Arxeologiya Parkında yerləşən və Ayasofyadan əvvəl tikilmiş 1500 illik Polyeuktos kilsəsi ərazisində arxeoloji qazıntılar davam edir.

Yeraltı dəhlizin içərisində mərmərlə formaya salınmış, relyeflərlə bəzədilmiş mozaika və daş hörgüləri tapılıb.

Bələdiyyə sədrinin müavini Mahir Polat tikilinin İstanbulda zəlzələ tədqiqatları üçün dəyərli nümunə olduğunu vurğulayıb.

O, həmçinin, Saraçhane Arxeologiya Parkının bir ay sonra istifadəyə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, arxeoloji qazıntı işlərinə 2022-cidə başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026