• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveçin Baş naziri buna görə Ərdoğana təşəkkür etdi

DÜNYA

23 Oktyabr 2023 | 22:10

İsveçin Baş naziri buna görə Ərdoğana təşəkkür etdi

İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə isveçli Baş nazir “X” sosial şəbəkəsində yazıb.

“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və onu Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - İsveç Baş naziri paylaşımında vurğulayıb.

Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026