• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Birliyimiz Putinə açıq mesaj verir - Ostin

DÜNYA

22 Noyabr 2023 | 21:35 | Müəllif: Subhan Mahmudov

Birliyimiz Putinə açıq mesaj verir - Ostin

Bizim birliyimiz Putinə açıq mesaj verir ki, o, bizdən üstün ola bilməz və ya azadlığa qalib gələ bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin "Ramşteyn-17" iclasında deyib.

"Putin faciəli və əsassız müharibəsini davam etdirdikcə, İran və Şimali Koreyadan dəstək axtarmağa məcbur olur", - Ostin vurğulayıb.

Ostin qeyd edib ki, ABŞ Ukraynanı dəstəkləməyə və İsraillə eyni vaxtda təhlükəsizlik yardımı göstərməyə davam edə bilər:

"Biz bu gün bir araya gəldik, çünki biz azad, açıq, zəngin və təhlükəsiz dünya vizyonunu paylaşırıq. Beləliklə, fəxr edirəm ki, bu təmas qrupu Kremlin əsassız müdaxiləsi başlayandan bəri Ukraynaya 80 milyard dollardan çox yardım edib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026