• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveçli futbolçu: “Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”

İDMAN

28 Mart 2023 | 10:34

İsveçli futbolçu: “Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”

“Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Yesper Karlsson Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

Stokholmdakı görüşün 82-ci dəqiqəsində meydana daxil olan və cəmi 6 dəqiqə sonra cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu mübarizəyə məhz bunun üçün qoşulduğunu etiraf edib: “Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də, meydana qol vurmaq hissi ilə daxil oldum”.

Qeyd edək ki, Azərbaycanla İsveç arasında Bakıdakı oyun noyabrın 16-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026