• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan Kuboku: İlk finalçı məlum olacaq 

İDMAN

26 Aprel 2023 | 09:42

Azərbaycan Kuboku: İlk finalçı məlum olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk finalçı “Neftçi” ilə “Turan Tovuz”un duelində müəyyənləşəcək. Tovuzdakı oyunda 0:1 hesabı ilə yenilmiş “ağ-qaralar” həlledici oyuna vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Qonaq komandanı isə heç-heçə də qane edir.

Digər yarımfinal matçında isə “Qəbələ” “Səbail”in qonağı olacaq. Qarşılaşma aprelin 27-də gerçəkləşəcək.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu
26 aprel

20:00. “Neftçi” - “Turan Tovuz”

Baş hakim: Fərid Hacıyev
İlk oyun - 0:1
Bakı, “Bakcell Arena”

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026