• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İtaliyada "qırmızı həyəcan" elan edilib

DÜNYA

30 Iyul 2024 | 12:45 | Müəllif: Gülşən Şərif

İtaliyada "qırmızı həyəcan" elan edilib

İtaliyanın 13 şəhərində həddindən artıq istilərlə əlaqədar "qırmızı həyəcan" elan olunub.

Bakıvaxtı.az "ANSA" xəbər agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İtaliyanın Səhiyyə Nazirliyi açıqlama yayıb. 

Bildirilib ki, qarşıdakı günlərdə yüksək hərarətin təsirinin artacağı gözlənilir. 

Açıqlamada qırmızı həyəcan vəziyyətində olan şəhərlərin paytaxt Roma ilə yanaşı, Bolonya, Bolzano, Brescia, Florensiya, Frozinone, Latina, Milan, Palermo, Perugia, Rieti, Turin və Neapol olduğu qeyd edilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026