• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İxtisas seçiminin nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

CƏMİYYƏT

20 Avqust 2024 | 13:37

İxtisas seçiminin nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

Azərbaycan ali təhsil müəssisələrinə qəbulun nəticələrinin yaxın 3 gün ərzində açıqlanması nəzərdə tutulur.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb.

Bildirilib ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib.

Nəzərə çatdırılıb ki, ən çox ərizə I qrupa verilib.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026