Bir neçə gün əvvəl Britaniyada televizora baxan 39 yaşlı şəxs boynunda və çiyinlərində ağrı hiss etdiyi üçün isti vanna qəbul edib və 20 dəqiqə sonra iflic olub. Həkimlər onun onurğa beynində geridönməz zədə yarandığını bildiriblər.
Bəzi həkimlər sosial şəbəkələrdəki videolara infrasəs və ya ultrasəs yerləşdirilsə, insan psixologiyasında müəyyən izlər qoyacağını bildirir.
Bəs izlədiyimiz hansısa film və ya video bizi iflic edə bilərmi?
Baş beyin və onurğa beyni törəmələri üzrə cərrah Ruslan Yunusov Bakıvaxtı.az-a bildirib ki, hansısa videolar psixologiyamıza təsir göstərə bilər, amma iflic dərəcəsinə heç vaxt çatdıra bilməz:
“Bu, mümkün olan bir şey deyil. Düzdür, izlənilən hansısa video insan beyninə təsir göstərə bilər, amma iflic edə bilməz”. Britaniyada baş verən bu hadisədə şəxsin iflic olması onun halı pisləşdikdən sonra Həkimin sözlərinə görə, Britaniyada baş verən hadisə isti vanna qəbul etməsi ilə əlaqələndirilə bilər: “Amma yenə deyirəm, bunun televizora baxmaqla qətiyyən əlaqəsi qoxdur” .
Nuranə Daxilqızı
















