• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Jirudan yeni REKORD

İDMAN

28 Mart 2023 | 11:06

Jirudan yeni REKORD

Fransa millisinin futbolçusu Olivye Jiru yeni rekorda imza atıb.

Bakıvaxtı.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, hücumçu buna İrlandiyaya səfərdə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə matçında nail olub.

Təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Jiru bunu 36 yaş 178-ci günündə bacarıb. O, əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.

Qeyd edək ki, Olivye Jiru yığmada 121 oyun keçirib və 53 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026