• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Juninyo ilə Azərbaycanda transfer rekordu qırıla bilər

İDMAN

18 Dekabr 2024 | 17:34 | Müəllif: Əli Hüseynov

Juninyo ilə Azərbaycanda transfer rekordu qırıla bilər

"Sevilya"nın Juninyonu transfer etmək istədiyi hamıya bəllidir.

Bakıvaxtı.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilə İspaniya klubu arasındakı danışıqların detalları bəlli olub.

"Köhlən atlar" braziliyalını ucuz satmaq istəməyib. Redaksiyaya daxil olan məlumata görə, ilkin danışıqda ispanlar Ağdam klubuna 5 milyon avroya yaxın məbləğ təklif edib. Lakin "Qarabağ" bununla razılaşmayıb.

Son Azərbaycan çempionu Juninyonun dəyərinin daha çox olduğunu düşünür. "Qarabağ" rəhbərliyi braziliyalını "Sevilya"ya sataraq ölkə üzrə transfer məbləği rekordunu yeniləmək niyyətindədir.

Qeyd edək ki, bu, Kadi Borgesə məxsusdur. "Qarabağ" braziliyalını "Krasnodar"a 5 milyon dolları satmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026