İtaliyanın "Yuventus" və "Milan" klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
57 yaşlı mütəxəssis adıçəkilən ölkənin "Əl-Əhli" klubu ilə anlaşmağa çox yaxındır. İtaliyalı çalışdırıcının yeni mövsümdən etibarən komandaya rəhbərlik edəcəyi gözlənilir.
"Əl-Əhli" Səudiyyə Ərəbistanı Pro Liqasında cari mövsüm 15 matçda 26 xal toplayıb və turnir cədvəlinin beşinci sırasında yer alıb.
Qeyd edək ki, Massimiliano Alleqri ötən ilin mayında "Yuventus"dan ayrılıb.