"Rusiya və İran nəqliyyat və enerji sektorlarında fəal əməkdaşlıq edir, ticarət dövriyyəsini genişləndirir".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkianla görüşü zamanı Rusiyanın baş naziri Mixail Mişustin deyib.
Onun sözlərinə görə, ötən il ölkələr arasında ticarət dövriyyəsi 17% artıb:
"Hökumətlərimiz nəqliyyat sektorunda fəal işləyir. Bu, ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizinə aiddir. Eyni zamanda enerji sektorunda əməkdaşlığı genişləndiririk. Biz həmçinin İranın Aİİ-də müşahidəçi statusu almasını alqışlayırıq".
Gülşən Şərif