Türk kinosunun əfsanəvi filmi "Zübük" yenidən çəkiləcək.
Bakıvaxtı.az Türk mediasına istinadən xəbər verir ki, bu dəfə baş rolu Kamal Sunalın oğlu Ali Sunal oynayacaq.
Rejissor "Zübük"ün yeni versiyası üçün Kemal Sunalın oğlu Ali Sunalla razılaşdığını açıqlayıb.
Akay illər əvvəl də bu rolu Ali Sunala təklif etdiyini, amma aktyorun "atamın rollarını oynaya bilmərəm", deyərək rədd cavabı verdiyini bildirib. Lakin keçən müddət ərzində rejissor Ali Sunalı razılığa gətirdiyini vurğulayıb.
Qeyd edək ki, film 1980-ci ildə Kartal Tibetin rejissorluğu ilə böyük ekrana uyğunlaşdırılmışdı. /Milli.az