Biz bir-birimizin milli və strateji maraqlarını nəzərə alırıq.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuat konfransında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
İrakli Kobaxidze deyib ki, həyata keçirilən birgə layihələrin iqtisadi, siyasi və strateji əhəmiyyəti var:
“Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaşı ölkədir. Bu maraqları gücləndirmək bizim marağımızdadır. Biz bütün sahələr üzrə tərəfdaşlığımızı, əməkdaşlığımızı intensivləşdirməyə hazırıq. Azərbaycan Gürcüstanın 5 əsas tərəfdaşı sırasındadır, Hökumətlərarası Komissiyanın iclasında da bunu müzakirə etdik. Biz əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq. Bunun üçün Gürcüstan tərəfi əlindən gələni edəcək”.