• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

ABŞ səfiri xərçənglə mübarizədə şəxsi təcrübəsini bölüşüb

CƏMİYYƏT

17 Yanvar 2025 | 17:50

ABŞ səfiri xərçənglə mübarizədə şəxsi təcrübəsini bölüşüb

ABŞ-nin Azərbaycandakı səfirliyi və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliklərinin qarşısının alınması, erkən aşkarlanması və müalicəsi mövzusunda maarifləndirmə tədbiri keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tədbirdə səfir Mark Libbi xərçənglə mübarizədəki şəxsi təcrübəsini və sağlam qalmaq üçün izlədiyi strategiyanı iştirakçılarla bölüşüb.

"Bu strategiya müntəzəm tibbi müayinələr, erkən müalicə tədbirləri və sağlam həyat tərzinin qorunmasını nəzərdə tutur. Birləşmiş Ştatlar və Azərbaycan ictimai sağlamlığın inkişafı və xərçənglə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində ortaq öhdəliklərə malikdirlər",-məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR