• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Putin Paşinyanı bağışlamayacaq: Moskva-İrəvan gərginliyi kritik olsaydı...

SİYASƏT

17 Yanvar 2025 | 16:00

Putin Paşinyanı bağışlamayacaq: Moskva-İrəvan gərginliyi kritik olsaydı...

 Ermənistan və Avropa İttifaqı (Aİ) prioritetlərin yeni gündəliyi üzrə danışıqları demək olar ki, yekunlaşdırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

Erməni diplomat bildirib ki, yaxın bir neçə həftə ərzində nəticələri təqdim etmək üçün siyasi ictimaiyyətlə müvafiq görüş təşkil ediləcək.

Politoloq Samir Hümbətov isə hesab edir ki, Ermənistanın Aİ-yə üzvlüklə bağlı prosesi başlatması blef xarakterlidir.

Onun Bakıvaxtı.az-a dediyinə görə, Ermənistanın bu addımları Rusiyanın İkinci Qarabağ savaşında İrəvana dəstək verməməsi iddiasından qaynaqlanır:

"İrəvan hökuməti hər fürsətdə Rusiyaya yönəlik "siz zamanında dəstək vermədiyiniz üçün biz üzümüzü Qərbə çevirmişik" mesajını verir. Paşinyan Rusiyadan uzaqlaşmaq istiqamətində davamlı və "qətiyyətli" addımlar atdığını göstərməyə çalışır. Yəni artıq Rusiyanın orbitində olmadığını nümayiş etdirir”.

Müsahibimizə görə, reallıq odur ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosedurları çox ağırdır:

“Təbii ki, Rusiya bu məsələdə Ermənistanı bağışlamayacaq. Rusiya üçün Ermənistan olmazsa olmazdır. Çünki Cənubi Qafqazda yeganə forpostu Ermənistanı itirmək istəmir. Həmçinin, Ermənistan hələ də KTMT və Aİİ-də təmsil olunmaqdadır. Rusiya rəsmiləri də bu məqamı erməni həmkarlarının diqqətinə çatdırırlar. Bir növ xəbərdarlıq edirlər. Rusiyanı "yandıran" odur ki, uzun illər hərtərəfli dəstək verdiyi Ermənistan Paşinyandan sonra Moskvaya qarşı çıxsın və Qərbə yönəlik siyasətə üstünlük versin. Əlbəttə, Paşinyanın ikili oynaması, pərdə arxasında başqa məqamların olması da istisna edilmir. Amma istənilən vəziyyətdə Paşinyan yaxşı başa düşür ki, Putin onu bağışlamayacaq. Bundan sonra Paşinyan Kremlə yaxınlaşmaq siyasəti güdsə belə, onun hərəkətləri unudulmayacaq".

Samir Hümbətov: Rusiyanı "yandıran" odur ki, Ermənistan Qərbə yönəlik siyasətə üstünlük versin

Analitik vurğulayıb ki, Paşinyan Qərbə yön almaq üçün Ermənistan cəmiyyətini də hazırlamalıdır:

"Əslində Qərbə inteqrasiyaya nə erməni dövləti, nə də erməni cəmiyyəti hazırdır. Digər yandan Rusiyanın erməni toplumuna təsir imkanları hələ də çox genişdir. Ermənistan hökumətində Rusiya qanadı prosesi və yanaşmanı başqa səmtə yönləndirə bilir. Ermənistan iqtisadiyyatı ilə yanaşı, orduda da rus təsirləri kifayət qədər böyükdür. Yenə deyirəm, hazırda Ermənistanda gedən proseslər, yəni bir tərəfdən Qərbə meyillənmək, digər yandan Rusiya ilə münasibətlərin gərginləşməsi fonu bir oyun da ola bilər. Görünür, İrəvan hökumət həm Qərbdən, həm də Rusiyadan hansısa güzəştlər qopartmağa çalışır. Moskva ilə gərginlik iddia edildiyi kimi kritik olsaydı, Ukrayna ilə savaşdan sonra Rusiya-Ermənistan arasında ticarət dövriyyəsi 4 dəfə artmazdı".

Aydın Baxış


SON XƏBƏRLƏR