• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

“Barıt çəlləyi”ndə gərginlik azalacaq - AÇIQLAMA

DÜNYA

17 Yanvar 2025 | 17:45

“Barıt çəlləyi”ndə gərginlik azalacaq - AÇIQLAMA

"HƏMAS və İsrail arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılıq çox önəmli anlaşmadır".

Bunu deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, əslində tərəflər arasındakı qarşıdurma dövrü Azərbaycan üçün də mürəkkəb bir dövr oldu:

"Çünki, həm İsraillə strateji əməkdaşlığımız var, həm də müsəlman ölkə olaraq Fələstinlə yaxın əlaqələrimiz mövcuddur. Orada yaşayan insaları qardaşlarımız hesab edirik. Buna rəğmən, Azərbaycan bu məsələlərdə prinsipiallıq nümayiş etdirdi və beynəlxalq hüquqa istinad edərək öz mövqeyini açıqladı”.

Müsahibimiz qeyd edib ki, bu razılaşmadan sonra heç bir tərəf udmuş, qalib tərəf kimi görülməməlidir. Hər iki tərəfin çox ciddi itkiləri var. Onun fikrincə, ancaq əldə olunmuş razılaşma "barıt çəlləyi"ni xatırladan Yaxın Şərq bölgəsində mövcud gərginliyi azaldacaq. Çünki atəşkəs əldə olunmadığı təqdirdə, toqquşmalar digər ölkələrin də ərazilərini sıçraya bilər.

Ceyhun Məmmədov, deputat

Parlament üzvü vurğulayıb ki, hazırda Fələstində ikili hakimiyyətdir:

"Qəzzada nəzarət HƏMAS, yəni radikal qruplaşma kimi xarakterizə olunan "islam müqavimət hərəkatı"nın əlindədir. Fələstin Azadlıq Təşkilatı isə dünyada legitim tanınan bir qurumdur. Fələstin dövlət kimi tanınmasa da, FAT fələstinlilərin hökuməti sayılır. Təşkilatın bəzi ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. HƏMAS isə daha çox radikal qruplaşma kimi tanınır. İsraillə davamlı olaraq münaqişədə olan da məhz HƏMAS-dır. Onlar hesab edirlər ki, fələstinlilərin ərazisində yaradılmış İsrail dövlətinin varlığına son qoyulmalıdır. Qruplaşmaya kənar dövlətlər də dəstək verirlər. Ona görə də danışıqlar əsasən HƏMAS-la aparılır. Çünki sözügedən bölgəyə nəzarət onların əlindədir. Ümumiyyətlə, baş verən proseslərdə Fələstin Azadlıq Təşkilatının iştirakını, rolunu görmürük. Sadəcə müəyyən bəyanatlar səsləndirilir".

Qeyd edək ki, FələstininHƏMAShərəkatı ilə İsrailQəzzazolağındaatəşkəsvə anklavdasaxlanılangirovlarınfələstinliməhbuslarladəyişdirilməsihaqqındasaziş imzalayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR