• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Juninyo Reynaldoya çatıb

İDMAN

07 Avqust 2024 | 18:17 | Müəllif: Subhan Mahmudov

Juninyo Reynaldoya çatıb

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombadirləri siyahısında dəyişiklik olub.

Bakıvaxtı.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Olavio Juninyo 2-ci yerə şərik çıxıb.

Braziliyalı hücumçu buna 11-ci avrokubok qoluna imza atmaqla nail olub. O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Lüdoqorets”lə Bakıdakı ilk görüşündə fərqlənib.

Juninyo bu göstəricidə Reynaldoya çatıb. Braziliyalı cütlük yalnız Abdullah Zubirdən geri qalır. Fransalı yarımmüdafiəçi 14 dəfə fərqlənib.

Hər üç bombardir bütün qollarını “Qarabağ”ın heyətində vurub. Ən azı 10 qol vurmağı bacaran digər oyunçu Filip Ozobiçdir. O, 10 dəfə bu sevinci yaşayıb. Yarımmüdafiəçi “Qəbələ” və “Qarabağ” forması ilə fərqlənib.

Qeyd edək ki, “Qarabağ” “Lüdoqorets”lə matçda 1:2 hesabı ilə uduzub./idmanbiz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026