• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Jurnalist vəsiqəsinin forması təsdiq edildi

MEDİA

11 Oktyabr 2022 | 14:44 | Müəllif: Qalib İbrahimoğlu

Jurnalist vəsiqəsinin forması təsdiq edildi

Jurnalist vəsiqəsinin forması təsdiq edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası” təsdiq edilir.

Eyni zamanda, beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcəkdir. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.


Jurnalist vəsiqəsinin forması təsdiq edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026