“İstənilən ictimai şəxs, məmur, vəzifəli adam jurnalist tərəfindən verilə biləcək hər növ suala hazır olmalı və təmkinlə cavablamalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu texnobloqer. MŞ İdarə Heyətinin üzvü Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə, ola bilər ki, jurnalist sual verən zaman provakativ tərzdə fikirlərini ifadə etsin: “Ola bilər sualın içərisində ittiham tərkibi də olsun. Bu, praktikada var və təkrarlanır. Ən yaxın nümunəni Vətən müharibəsi ərzində Prezidentə xarici jurnalistlərin ünvanladığı sualları misal göstərə bilərik. Bir vətəndaş kimi hamımızı qəzəbə boğsa da, Prezident hər birini təmkinlə, etika ilə cavablandırıb, arqumentlərlə əsas vermişdi. Eyni yanaşma istənilən məmur, ictimai xadim, sosial media fenomeni, vəzifəli şəxs, biznesmen tərəfindən də olmalıdır. Bu olmayanda məsələ böyüyür və ictimailəşir və sonunda ictimai qınağa gətirib çıxarır. Bir az daha böyüyəndə isə artıq ictimai qınaqdan çıxıb, sosial media linçinə sevirilir".
"Linçdən qaçış yolu isə yoxdur” deyən Pərdəşünas bildirib ki, bu, şəsxin özünə, açıqlamalarına, danışığına bağlıdır: "Bundan sizi heç kəs xilas edə bilməz. Nə polis, nə prokrorluq orqanları. Sosial linç birbaşa şəxsin idarəsindədir və ona bağlıdır. Buna görə də statusu olan şəxslər (deputatlar daxil) hər addımını, hər kəlməsini düşünüb, fikirləşib, səsləndirməlidir".
F.Pərdəşünas bildirib ki, müasir media nəinki jurnalistlərin, hətta vətəndaşların suallarını cavablandırmağı da tələb edir: "Hətta rəylərə belə cavab yazmağı tələb edir. Linç elə bir şeydir ki, sizin keçmişiniz, təcrübəniz, yaşınız, kimliyiniz, işləriniz sizi xilas edə bilmir. Müasir sosial media, gənclər bunu tələb edir. Hadisələr anlıq dəyərləndirilir”.
Aytac Aslan
















