Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas keçmiş Aİ diplomatlarına qarşı iddialarla bağlı korrupsiya qalmaqalından uzaqlaşmağa çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Kallas agentlik işçilərinə yazdığı məktubda iddiaları "şok" adlandırıb, lakin qalmaqalın əsasının "əvvəlki mandatlar zamanı" yarandığını və buna görə də araşdırmanın Avropa Xarici Fəaliyyət Xidmətinin (EAD) işinə təsir etməməli olduğunu vurğulayıb.
Qeyd olunur ki, bir sıra əməkdaşlar Kallasın məktubunu artan korrupsiya qalmaqalından uzaqlaşmaq cəhdi kimi qəbul ediblər.
Aynur Babazadə
Bakı 



