• Bakı 18° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Kamran Əliyev Qaxda vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

21 Avqust 2023 | 12:04 | Müəllif: Subhan Mahmudov

Kamran Əliyev Qaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 25-də, saat 10:00-da Qax rayon prokurorluğunun inzibati binasında Qax, Şəki, Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR