Kanadanın xarici işlər naziri Melani Coli Ermənistana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Cable Public Affairs Channel” (CPAC) kanalı məlumat yayıb.
Nazir qeyd edib ki, yaxın həftələrdə səfər edəcək. Səfər çərçivəsində yüksək vəzifəli şəxslərlə görüşlərin keçirilməsi və regional məsələlərin müzakirəsi gözlənilir.
















