Kanadanın növbəti baş naziri Mark Karni martın 14-də and içəcək və hökumətə rəhbərlik edəcək.
Bakıvaxtı.az "CTV" telekanalına istinadən xəbər verir ki, o, martın 9-da Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib.
Partiyadaxili səsvermənin nəticələrinə görə, Karni partiya üzvlərinin 85,9 faizinin səsini toplayıb.
Amerikalı politoloq Malek Dudakovun fikrincə, Karni qarşıdan gələn parlament seçkilərində qalib gəlmək üçün ölkədə antiamerika əhval-ruhiyyənin artmasından istifadə etməyə çalışacaq. Analitik Kanada Liberallarının yeni lideri ilə ABŞ prezidenti Donald Tramp arasında münasibətləri "çətin" adlandırıb.
Gülşən Şərif