• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Keçid ballarının aşağı düşməsinin səbəbi - DİM

CƏMİYYƏT

23 Iyun 2021 | 14:45

Keçid ballarının aşağı düşməsinin səbəbi - DİM

1992–2020-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.88 dəfə, abituriyent ərizələrinin sayı isə 2.1 (subbakalavrlarla birlikdə 2.28) dəfə artıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, illər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2020-ci ildə, ən az 1993-cü ildə ayrılıb.

Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir. Müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə , ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026