• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Keçmiş məhkumdan 4 kiloqram marixuana götürülüb

HADİSƏ

23 Avqust 2021 | 12:10

Keçmiş məhkumdan 4 kiloqram marixuana götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı özünə məxsus “VAZ-2107” markalı avtomobilin yük hissəsindən 4 kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Keçmiş məhkumdan 4 kiloqram marixuana götürülübKeçmiş məhkumdan 4 kiloqram marixuana götürülüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026