• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağacları kəsib təbiətə 14 min manat ziyan vurdular

HADİSƏ

22 Sentyabr 2021 | 10:00

Ağacları kəsib təbiətə 14 min manat ziyan vurdular

Nəsimi rayonu, Ceyhun Səlimov 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı sözügedən ərazidə ağacların kəsildiyini və təqsirkarların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib.

B.Məhəmmədov onu da qeyd edib ki, ağacların kəsilməsi  zamanı təbiətə 14 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026