• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Keçmiş mətbuat katibi HƏBS EDİLDİ

CƏMİYYƏT

23 Iyun 2021 | 13:48

Keçmiş mətbuat katibi HƏBS EDİLDİ

Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı"nda baş redaktor, daha sonra "Azərxalça"da mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmiş Tural Səfərovun Naxçıvanda həbs edildiyi barədə xəbər yayılıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, jurnalistə yaxın mənbələrin sosial şəbəkələrdə yaydığı xəbərə görə, T.Səfərovun həbsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Ancaq onun həyat yoldaşı Tural Səfərovun Naxçıvanda həbs edildiyinə dair faktı təsdiqləyib.

Tural Səfərov bu ilin aprelində üç ildir çalışdığı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəsifəsindən ayrılıb.

Daha sonra az müddətdə “Moderator.az” saytı ilə əməkdaşlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026