• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Kənd təsərrüfatı üzrə sığortalanan bitkilərin sayı artırılıb

İQTİSADİYYAT

22 Dekabr 2021 | 19:13 | Müəllif: Subhan Mahmudov

Kənd təsərrüfatı üzrə sığortalanan bitkilərin sayı artırılıb

Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı genişləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərarda sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.

Belə ki, müvafiq dəyişikliklə aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibi artırılmaqla, aqrar sığorta sistemində əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxslərin sayının artmasına imkan yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026