• Bakı 19° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Kərbəla döyüşü: “Türklər Həzrət Hüseynə dəstək üçün 3 min nəfərlik dəstə göndərib”

GÜNDƏM

10 Avqust 2021 | 15:27

Kərbəla döyüşü: “Türklər Həzrət Hüseynə dəstək üçün 3 min nəfərlik dəstə göndərib”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda məhərrəm ayı başlayır. Bu ayla bağlı dini ayinlərin fonunda İslamın siyasiləşdirilməsi yenidən müzakirələrə və mübahisələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, tarixçi alim Zaur Əliyevin sözlərinə görə, Kərbəla hadisəsi həm siyasi, həm tarixi, həm də insanlıq cəhətdən önəmli bir olaydır.

Tarixçi qeyd edib ki, Kərbəla döyüşünün şəhid olan, xəlifə Həzrət Hüseyn ibn Əli, qarşılığında hər nə olursa olsun, hər zaman doğrunun və haqqın yanında durmaq barədə insanlığa önəmli bir mesaj çatdırıb: “Təsadüfi deyil ki, müasir Hindistanın qurucusu Mahatma Qandi və Afrikanın unudulmaz liderlərindən olan Nelson Mandela daxil olmaqla tarix boyunca bir çox insan Həzrət Hüseynin ədalətsizliyə qarşı duruşunu özlərinə nümunə götürüb. Məsələn, Mahatma Qandi belə demişdir. “Mən, Hüseyndən məzlum olduğu halda necə qalib gəlməyi öyrəndim”.

Kərbəla sadəcə üzərində ağlanılanacaq və yalnız qəmginliklə qeyd ediləcək bir mövzu deyil. Əsas odur ki, insanlığa da dərs olan Kərbəla məsələsinin ana fikri dərk edilsin. Çoxları bilməsə də, Kərbala savaşında Həzrət Hüseynin yanında Yezidin qoşununa qarşı azərbaycanlılar da iştirak ediblər. Bu barədə yazacam.

Ancaq indi yazacağım məsələ Göytürk dövləti, İltəriş Hakanın İmam Hüseyni qorumaq üçün atdığı addımlardır. Qeyd edim ki, İltəriş Hakan öz dostu Bilgə Tonyyukla birgə Göytürk dövlətini qurmaq üçün mübarizəyə başlamışdı və gələcəkdə qurulacaq dövlətin siyasi xəttlərini qururdu. Eyni zamanda o, Günəş və Aslan təşkilatının seçilmişi idi. Bu gün mifik bir qurum kimi təqdim edilən "Günəş və Aslan" Mühafizə Təşkilatı əslində tarixi bir gerçəklikdir. İslamdan öncə türklərin gizli təşkilatı olan bu qurum İslamdan sonra da fəaliyyət göstərmiş və əsas məqsədi türk coğrafiyasına daxil olan ərazilərdə imperatorluqlar, dövlətlər, bəyliklər, xanlıqlar və respublikalar qurmuşlar. Məhz Kür Şad İnqilabından sonra Ötkəndən üzü Anadoluya qədər olan bir coğrafiya “Günəş və Aslan”nın idarəçiliyi altında olub. “Günəş və Aslan” təşkilatına rəhbərlik edən İltəriş Xaqan yeni yaranan İslam dinin yayılma coğrafiyası və türklərin arasında Tanrıçılığa yaxın olduğunu bildiyi üçün öz adamlarını Ərəbistana göndərmişdi. Onlar baş verən prosesləri izləyir və mütamadi olaraq ona məlumatlar göndərirdilər. Bunların işi əsasən Peyğəmbər nəslinin davamçıları olanların yanında olmaq, onları qorumaq və Əhli Beytin mühafizəsi idi. Bunlar içərisində Mədinə şəhərinə İslam dini öyrənmək və o zaman akıncı deyilən şəxslərə rəhbərlik edən Vazih Külem Türk xüsusilə seçilirdi. O, həm döyüş üzrə yaxşı əsgər olmaqla yanaşı savadlı və bacarıqlı gənc idi. O Əhli Beytə o qədər yaxınlıq göstərir ki, onu Həzrəti Hüseynin oğlu Zeynal Abidin ibn Əli ibn Hüseynin şəxsi köməkçisi təyin edilir. Eyni zamanda Zeynal Abidinin mühafizə xidmətinin rəhbəri olur. Vazih Külem Türkün sədaqəti Həzrət Hüseyn tərəfindən yüksək qiymətləndirilir. Ərəb mənbələrində adı "Elsem-i Türkî" kimi keçən Vazihin missiyası İltərişin tapşırıqlarını icra etmək idi.

Mütamati olaraq İltəriş hakana məktub yazan Vazihin yazılarının birində deyilir “Mən Həzrətə xaqanlıq barədə məlumat verdim, o əlini Tanrıya uzadaraq “Ya Allah, mənim ailəmi qoruyan 7 türk igidinə 7 türk dövləti nəsib et” deyə dua etdi. Lakin burda vəziyyət çox gərgindir. Yeni xəlifə Məhəmmədin nəslini yox etməyi düşünür. Bir dəstə göndərməyiniz yaxşı olar. Biz Kərbala istiqamətində hərəkət edirik”.

Tarixçi bildirib ki, Həzrəti Hüseynin sağ tərəfində Kərbalaya hərəkət edən qafilənin Vazihin əsas işi onu qorumaq idi: “Döyüş başlanan zamandan Həzrəti Hüseyndən ayrılmayan Vazih qarşı tərəfin say çoxğluğunu görərək İmama yaxınlaşıb döyüş üçün izn istədi və aşağıdakı sözləri deməsi qaynaqlarda yazılır:

“Dəniz nizə və qılınc

Zərbələrimlə qaynayacaq

Göy oxlarımla dolacaq

Əlimdə iti qılıncım görünəndə

Təkəbbürlülərin qısqanc qəlbi parçalanacaq”.

Döyüş zamanı ağır yaralanan Vazih yerə yıxılır və Həzrəti Hüseynə doğru baxır. Onun yaralandığını görən İmam ona yaxınlaşır və onun qanlı başını sinəsinə sıxır. Qaynaqlarda yazılır ki, Vazihin son sözü "Kim mənim kimi ola bilər, Peyğəmbərin nəvəsi məni qucaqlayır, yanağım yanağımdadır” olur.

Kərbalada Həzrəti Hüseyn və tərəfdarlarının məğlubiyyətindən iki gün sonra isə Göytürk xaqanı İltərişin göndərdiyi 3 min nəfərlik dəstə döyüş yerinə çata bilir… Amma artıq o zaman gec idi…”

Ramid İbrahimov


SON XƏBƏRLƏR