• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

DİN rəhbəri Qazaxda qəbul, Ağstafada sıra baxışı keçirdi

CƏMİYYƏT

04 Iyun 2026 | 15:05 | Müəllif: Əli Hüseynov

DİN rəhbəri Qazaxda qəbul, Ağstafada sıra baxışı keçirdi

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçirib.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə,

    Nazir əvvəlcə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

    Daha sonra Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 211 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

    Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

    Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

    Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN DQ-nin Ağstafa rayonunda yerləşən hərbi hissəsində polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

    Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 238 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.


    DİN rəhbəri Qazaxda qəbul, Ağstafada sıra baxışı keçirdiDİN rəhbəri Qazaxda qəbul, Ağstafada sıra baxışı keçirdi
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026