• Bakı 18° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Kılıçdaroğluna qarşı iddia açıla bilər - MHP-dən flaş açıqlama

DÜNYA

31 May 2023 | 15:47

Kılıçdaroğluna qarşı iddia açıla bilər - MHP-dən flaş açıqlama

CHP sədri Kamal Kılıçdaroğluna qarşı iddia açıla bilər.

Bakıvaxtı.az "HaberGlobal"a istinadla xəbər verir ki, bunu MHP-nin sədr müavini Fəti Yıldız deyib.

F.Yıldız "Twitter"də paylaşdığı mesajda K.Kılıçdaroğluna qarşı 28 iş olduğunu deyərək, bunların ittiham aktına çevrilə və ona qarşı iddia açıla biləcəyini bildirib.

"İyunun 2-də deputatlar and içəcəklər. CHP sədri Kamal Kılıçdaroğlu millət vəkili olmadığı üçün toxunulmazlığı başa çatıb. Onun barəsində məhkəmə prosesi Konstitusiya və Ədalət Komissiyasının rəflərində açıqlamalar gözləyir.

Prokurorluqlar təhqir, hədə-qorxu, böhtan, cinayəti və cinayətkarı tərifləmək, məhkəmə prosesinə təsir göstərməyə cəhd etmək, komitə vəzifəsində çalışan dövlət məmurlarını təhqir etmək kimi müxtəlif cinayətlər üzrə hazırlanmış 28 protokola çevrilərək ictimai iddia qaldıra bilərlər".

Fəti Yıldız onu da bildirib ki, əvvəllər açılan, lakin deputat toxunulmazlığa görə dayandırılan işlər qaldıqları yerdən davam edəcək.

Murad Məmmədli


SON XƏBƏRLƏR