Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevlə müzakirə etdiyi məsələl'ri açıqlayıb.
Bakıvaxtı.az Apa-ya istinadla verir ki, hökumət başçısı görüşdən sonra "X" platformadındakı paylaşımında qlobal məsələlərə, regional dinamikaya və növbəti əməkdaşlıq sahələrinə dair məhsuldar görüş keçirildiyini qeyd edib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz qlobal məsələlərə, regional dinamikaya və növbəti əməkdaşlıq sahələrinə dair məhsuldar müzakirə apardıq. Mən Gürcüstanın Azərbaycanın etibarlı tərəfdaşı olaraq regionda təhlükəsizlik, sülh və sabitliyin təşviq edilməsinə sadiqliyini bir daha vurğuladım", - Kobaxidze qeyd edib.