Bakı şəhərində binalarda, xüsusən də 9 mərtəbəli binalarda evi olan şəxslərin ən böyük problemi liftlərlər bağlıdır. Belə ki, ötən əsrin 90-cı illərdə tikilənhəmin binalarda binalar istifadəyə veriləndən bəri eyni liftdən istifadə olunur. Liftlər isə çox köhnə olduğundan insanları qorxudur. Sakinlərin sözlərinə görə, həmin liftlər səs çıxarır, sallanır, ağır əşyalar qaldıra bilmir.
Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən Bakıvaxtı.az-a verilən məlumata görə, son bir neçə ildə alman istehsalı olan 1206 ədəd yeni müasir lift Bakıya gətirilərək quraşdırılıb: "Bu liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıb”.
Qeyd edilib ki, alınan liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün “Lifttəmir” İstehsalat Birliyində Mərkəzi Dispetçer Xidməti Sisteminin qurulub: "“Lifttəmir” İstehsalat Birliyinin balansında 5500 ədəd lift mövcüddur, istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdirilir".
Aytac Aslan









jpg-1683973214.webp)






