• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Kolbasaların tərkibi haqda ekspertdən ŞOK AÇIQLAMA 

CƏMİYYƏT

27 Fevral 2023 | 21:08 | Müəllif: Subhan Mahmudov

Kolbasaların tərkibi haqda ekspertdən ŞOK AÇIQLAMA

"Artıq 30-40 ildir ki, bitki mənşəli zülal və yağlardan istifadə edərək süni yolla ət alınır".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qaynarinfo"ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, uzun illərdir kolbasa-sosis məhsullarını yalnız mal, qoyun, toyuq, donuz əti deyil, həm də bitki mənşəli zülallardan, yağlardan əldə edilmiş süni ətlərdən istehsal edirlər:

"Azərbaycan kimi alıcılıq qabiliyyəti aşağı olan ölkələrdə belə məhsullar istehlakçılara təqdim olunur və onlar həmin məhsullardan geniş istifadə edirlər.

Bu gün kolbasanın qiymətinin 6 manat, yaxud da bir ədədinin 6 manat olması, hətta 2 manat 50 qəpiyə satılması təbiidir. Yəni bu, heç də o demək deyil ki, həmin kolbasanın tərkibində dana, inək, qoyun, donuz əti var. Hətta diqqətlə baxsanız, Rusiyadan gələn kolbasaların tərkibində ətin miqdarının çox az olduğunu görə bilərsiniz. Həmin kolbasaların istehsalında donuzun dərisindən belə istifadə edilir"./gundem.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR