• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Konservlər xərçəng yarada bilər – XƏBƏRDARLIQ

DÜNYA

11 Fevral 2025 | 04:07 | Müəllif: Gülşən Şərif

Konservlər xərçəng yarada bilər – XƏBƏRDARLIQ

Müəyyən konservlər hətta xərçəngə səbəb ola bilər.

Bakıvaxtı.az medicina.az-a istinadən xəbər veirr ki, teleaparıcı Sergey Aqapkin və dietoloq Marina Makişa bəzi konservləşdirilmiş qidaların xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Aqapkinin fikrincə, xarab olmuş, kiflənmiş konservləşdirilmiş məhsulların istehlakı xərçəngin inkişafına səbəb ola bilər.

Mütəxəssis izah edib ki, bankalarda qara kif yarana bilər. Bu kif bədəndə toplanır və mürəkkəb gedişi və əlverişsiz proqnozu ilə qaraciyərin bədxassəli lezyonu (hepatosellüler xərçəng) yaranmasına səbəb ola bilər.

Bu nəticəyə regionların birində xərçəngin bu növünün yayılmasını təhlil edən tədqiqatçılar gəlib. Onlar qaraciyər xərçəngi ilə qara kif əlaqə tapıblar.

Öz növbəsində Makişa əlavə edib ki, əgər məhsulda, o cümlədən konservlərdə hər hansı kif aşkar edilərsə, o zaman bakteriyaların təsir etdiyi hissənin kəsilməsi və ya çıxarılması kifayət deyil. Bu halda bütün məhsul atılmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026