• Bakı 20° C

    11.46 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Koreya yarımadasında həyəcan: 2 raket atıldı

CƏMİYYƏT

17 Avqust 2022 | 11:29

Koreya yarımadasında həyəcan: 2 raket atıldı

Dünyanın dörd bir yanında gərginlik yaşanır.

Bakıvaxtı.az xəbər verir ki, Ukraynada müharibə tam sürətlə davam edir. Ukraynadan minlərlə kilometr aralıda da münaqişə ehtimalı var. Çin və Tayvan arasında gərginlik yüksələn xətlə inkişaf etdiyi bir vaxtda Koreya yarımadasında gərginlik pik həddə çatıb.

Belə ki, ABŞ və Cənubi Koreya gələn həftə nüvə münaqişəsi təhlükəsini artıran Şimali Koreyaya qarşı son illərin ən böyük hərbi təlimini keçirmək üçün geri saymağa başlayıb. Vaşinqton və Seul təlimi “müdafiə” olaraq xarakterizə etsə də, gözlənilən addım bunu “işğalın məşqi” olaraq təyin edən və nüvə silahı, raket sınaqlarını qanuniləşdirməyə çalışan Şimali Koreyadan gəldi.

AFP xəbər agentliyinin verdiyi xəbərə görə, Şimali Koreya səhər erkən saatlarda qərb sahilləri yaxınlığında dənizə doğru iki qanadlı raket atıb. Xəbər Cənubi Koreyalı hərbi rəsmilərə əsaslansa da, sonra bölgədəki gərginlik yenidən pik həddə çatıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

10 May 2025