• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirus xəstəxanalarında həbslər:“Problem səhiyyə sistemindədir” - Həkim 

GÜNDƏM, CƏMİYYƏT

22 Aprel 2021 | 12:20

Koronavirus xəstəxanalarında həbslər: “Problem səhiyyə sistemindədir” - Həkim

Koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların rəhbər şəxslərinin qanunsuz əməlləri ifşa edilib. 

Baş Prokurorluqdan verilən məlumata görə, “Yeni klinika” tibb müəssisənin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığıblar.

Məsələ ilə bağlı həkim Sevindik Şirinov Bakivaxti.az-a bildirib ki, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalarda rüşvəf faktının olması səhiyyədə idarəetmə sistemilə bağldır. 

“Təəssüflər olsun ki, bu gün qabağımıza belə xəbər çıxdı. Bu səbəbdən xəstələrin həkimlərə və səhiyyə sisteminə inamları qalmayıb. Bunların başında tibbin idarəetmə sistemi dururur. Bəzi Avropa ölkələrindən fərqli olaraq bizdə hələ də səhiyyə menecmenti qurulmayıb”,-deyə S.Şirinov bildirib.

Həkim bildirib ki, bəzi həkimlər lazım oldu-olmadı xəstələri funksional (KT, MRT) və digər müayinələrə göndərərək faizlə pul qazanırlar: “Bu da həm maddi, həm də mənəvi problemlər yaradır. Bu kimi halların qarşısını almaq üçün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığortanın effektiv olmadığı görünür.

Burada səbəblər çoxdur. Məsələn, dövlət xəstəxanalarına müraciət etmiş xəstələr ikinci dəfə həmin xəstəxanalara getmək istəmir. Amma gəl ki, özəl klinikalarda da qiymətlər od püskürür. Belə olan halda əziyyət çəkən yenə xəstələr olur. Bütün bunları nəzərə alaraq sistem elə qurulmalıdır ki, bu kimi hallar təkrar olunmasın”.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR