Koronavirusun mənbəyi ilə bağlı genetik monitorinqin nəticələri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media resurslarında məlumat yayılıb.
Belə ki, ABŞ və Fransa alimlərinin milyonlarla genetik koddan istifadə etdiyi yeni araşdırma COVİD-19 epidemiyasının laboratoriya sızmasından deyil, bazarda satılan yoluxmuş heyvanlardan yarandığını göstərir.
Tədqiqatda epidemiyanın mənşəyi haqqında ən qiymətli elmi məlumat mənbələrindən biri hesab edilən koronavirusun ilkin mərhələlərində Çin səlahiyyətliləri tərəfindən toplanmış nümunələrdən istifadə edilib.
Nümunələr 2020-ci ilin yanvar ayında Çinin Uhan şəhərində toplanıb.
Əli Hüseynov