• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Kredit faizlərinə yenidən baxılmalıdır”- Mahir Abbaszadə

İQTİSADİYYAT

10 Iyul 2023 | 11:06 | Müəllif: Qalib İbrahimoğlu

"Kredit faizlərinə yenidən baxılmalıdır”- Mahir Abbaszadə

“Biznes kreditinə nisbətdə istehlak kreditlərinə təlabat və bu kreditin faizi çoxdur.  Banklar vətəndaşların vəziyyətini nəzərə alaraq kredit faizlərinə yenidən baxmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən konfransda bildirib.

O qeyd edib ki, banklar işğaldan azad edilmiş ərazilərdə kreditə əlçatanlıqla bağlı məsələyə xüsusi önəm verməlidir. Onun sözlərinə görə, dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət üçün güzəşt və imtiyazlar verilib: "Banklar da Qarabağ və Şərqi Zəngəzur üçün kredit şərtlərinə yenidən baxmalıdır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026