• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kremldən səfərbərliklə bağlı sənədin gizli maddəsi barədə  AÇIQLAMA

DÜNYA

21 Sentyabr 2022 | 15:36

Kremldən səfərbərliklə bağlı sənədin gizli maddəsi barədə AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə qismən səfərbərlik barədə fərman imzalayıb. Daha sonra isə ölkə mediasında fərmanın müddəaları paylaşılıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmanda 7-ci müddəanın göstərilməməsi və 6-cı müddəadan sonra 8-cinin göstərilməsi diqqətdən yayınmayıb.

Məsələ ilə bağlı açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, sözügedən fərmanın 7-ci bəndinin tərkibi açıqlana bilməz.

Onun sözlərinə görə, 7-ci gizlidir və yalnızca xidməti istifadə üçün nəzərdə tutulub. Bununla belə, Peskov qeyd edib ki, həmin bəndin məzmunu səfərbərliyə cəlb ediləcək vətəndaşların sayı ilə bağlıdır.

“Sizə yalnızca bunu deyə bilərəm ki, Sergey Şoyqu öz çıxışında 300 minə qədər şəxsin cəlb ediləcəyini bildirib. Orada söhbət 300 minə qədər şəxsin sayından gedir”, - deyə Peskov qeyd edib. 


Kremldən səfərbərliklə bağlı sənədin gizli maddəsi barədə AÇIQLAMA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026