• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Krım bu vaxtadək azad ediləcək - General açıqladı

DÜNYA

07 Sentyabr 2022 | 10:24

Krım bu vaxtadək azad ediləcək - General açıqladı

“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib.

O, Ukraynanın Krımı işğaldan azad edəcəyinə əmindir: “Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Əminəm ki, rusların döyüşmək üçün iradəsi yoxdur”.

Generalın sözlərinə görə, Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat qüvvə axtarır: “Qarşıdakı həftələrdə bizi çətin döyüşlər gözləyir. Rusiya qüvvələri daha da zəifləyəcək. Bununla belə, biz Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026